Messi və Suarez ailələri ilə birlikdə

Argentina millisinin kapitanı Lionel Messi və Uruqvay yığmasının üzvü Luis Suares həyat yoldaşları ilə birlikdə Argentinada istirahət edirlər.

Sportline.az xəbər verir ki, Suares həyat yoldaşı Sofiya Balbi ilə birlikdə Rosarioda Messi ailəsini ziyarət etməyə gəlib. Lionel İnstaqram hesabında həyat yoldaşı Antonella Rokuzzo, Suares və Balbi ilə fotosunu yerləşdirib. O yazıb: “Gəldiyiniz üçün təşəkkür edirəm, dostlar! Mən sizi çox sevirəm”.

Qeyd edək ki, Messi və Suares vaxtilə "Barselona"da komanda yoldaşı olublar. Messi hazırda PSJ-də oynayır. Suaresin son klubu isə "Nasional" olub.

Banner