Messinin cəzası bitdi

Argentina millisinin DÇ-2022-nin seçmə mərhələsində Ekvador və Boliviyaya qarşı oyunları üçün heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb. 

Siyahıda "Barselona"nın ulduz futbolçusu Lionel Messi də yer alıb.

Ötən il Amerika Kubokunun Çili ilə oyunundan sonra Cənubi Amerika Futbol Konfederasiyasını (CONMEBOL) tənqid edən 33 yaşlı hücumçu 3 ay müddətinə beynəlxalq matçlardan kənarlaşdırılmışdı. Təcrübəli oyunçu həmin vaxtdan sonra ilk dəfə milliyə çağırılıb.

Qeyd edək ki, Argentina seçməsi oktyabrın 8-də evdə Ekvador, 5 gün sonra isə səfərdə Boliviya ilə qarşılaşacaq.