Messinin "Real"a qarşı "quru" seriyası davam edir

PSJ-nin futolçusu Lionel Messi ardıcıl 8 oyundur "Real"a qol vura bilmir.

Sportline.az xəbər verir ki, argentinalı hücumçu son olaraq Çempionlar Liqasının 1/8 finalında Madrid təmsilçisi ilə ilk matçda fərqlənə bilməyib. "Barselona"nın sabiq oyunçusu "Real"a son qolunu 2018-ci ilin mayında vurub.

Qeyd edək ki, Messi ÇL-də "kral klubu" ilə görüşdə penaltini düzgün yerinə yetirə bilməyib.