Meyson Mountun uğursuz seriyası
"Mançester Yunayted"in yarımmüdafiəçisi Meyson Mountun işləri qaydasında getmir.
Sportline.az xəbər verir ki, o, 2023-cü ildə İngiltərə Premyer Liqasında keçirdiyi oyunlarda nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.
"Çelsi" akademiyasının yetirməsi bu yay Mançester təmsilçisinin heyətinə cəlb olunub.
"Qırmızı şeytanlar"ın formasında 8 oyun keçirən futbolçu etimadı doğrulda bilməyib.
Onun sonuncu yadda qalan oyunu İngiltərə kubokunda olub.
Mount "Kristal Pelas"la görüşdə (3-0) məhsuldar ötürmə müəllifi olmuşdu.