"Milan" Ceksonun xidmətində maraqlıdır

"Bavariya"da icarə əsasında çıxış edən Nikolas Cekson karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Milan" sözügedən oyunçu ilə yaxından maraqlanır.

24 yaşlı forvard müqavilə əsasında "Çelsi"yə məxsusdur.

Qeyd edək ki, N.Cekson cari mövsüm meydana çıxdığı 22 matçda 5 qol, 1 asistlə yadda qalıb.