"Milan" "Çelsi"yə, "Benfika" "PSJ"yə qarşı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 oyun keçiriləcək.

F qrupunda ÇL-in sonuncu qalibi “Real” Polşada Donetsk "Şaxtyor"unu məğlub etsə, adını 1/8 finala yazdıracaq.

G qrupunda "Mançester Siti" Danimarkada "Kopenhagen"ə, Dortmund "Borussiya"sı isə Almaniyada "Sevilya"sına qalib gələcəyi təqdirdə, sona 2 tur qalmış pley-offa yüksələcək.

H qrupunda da 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşə bilər. İtaliya "Yuventus"u İsraildə Hayfa "Makkabi"sinə uduzsa, PSJ (Fransa) - "Benfika" (Portuqaliya) görüşünün qalibi növbəti raunda vəsiqəni vaxtından əvvəl təmin edəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su evdə "Zalsburq"la qarşılaşacaq. E qrupunun digər matçında isə "Çelsi" "Milan"ın qonağı olacaq.

Bu turun qalan 8 oyunu oktyabrın 12-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
11 oktyabr

E qrupu

23:00. Milan (İtaliya) - Çelsi (İngiltərə)
23:00. Dinamo (Zaqreb, Xorvatiya) - Zalsburq (Avstriya)

Xal: Zalsburq – 5. Çelsi – 4. Milan – 4. Dinamo – 3.

F qrupu

23:00. Seltik (Şotlandiya) - Leypsiq (Almaniya)
23:00. Şaxtyor (Donetsk, Ukrayna) - Real (İspaniya)

Xal: Real – 9. Şaxtyor – 4. Leypsiq – 3. Seltik – 1.

G qrupu

20:45. Kopenhagen (Danimarka) - Mançester Siti (İngiltərə)
23:00. Borussiya (Dortmund, Almaniya) - Sevilya (İspaniya)

Xal: Mançester Siti – 9. Borussiya – 6. Kopenhagen – 1. Sevilya – 1.

H qrupu

20:45. Makkabi (Hayfa, İsrail) - Yuventus (İtaliya)
23:00. PSJ (Fransa) - Benfika (Portuqaliya)

Xal: PSJ – 7. Benfika – 7. Yuventus – 3. Makkabi - 0.