"Milan" çempionluq yolunda büdrədi

"Milan" İtaliya A seriyasında 32-ci tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda "Torino"nun qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

"Torino" - "Milan" - 0:0

Bu nəticədən sonra "Milan" 68 xalla 1-ci, ehtiyatında 1 oyun daha olan "İnter" 66 xalla 2-cidir. "Torino" isə 39 xalla 11-ci pillədə qərarlaşıb.

Banner