"Milan" derbidə qalib gəlib yarımfinala yüksəldi
İtaliya Kubokunda daha bir yarımfinalçının adı müəyyənləşib.
SportLine.az xəbər verir ki, "İnter"lə qarşılaşan "Milan" əlavə vaxtda Patrik Kutronenin vurduğu qolla adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, "rossoneri" finala vəsiqə uğrunda "Latsio" ilə münasibətləri aydınlaşdıracaq.