"Milan" Ernandesin transfer qiymətini açıqladı

Madrid "Atletiko"su "Milan"ın müdafiəçisi Teo Ernandesin xidmətində maraqlıdır.

Sportline.az Sky Sport Italia nəşrinə istinadla xəbər verir ki, 25 yaşlı futbolçu üçün milanlılara təklif hazırlayıb.

İtaliya təmsilçisi Teo Ernandeslə 80 milyon avro qarşılığında ayrılmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Fransa millisinin üzvü son mövsümdə çıxdığı 32 oyunda 4 qol, 3 məhsuldar ötürmə müəllifi olub.