"Milan" Leau ilə yeni müqavilə bağladı

“Milan”portuqaliyalı futbolçu Rafael Leau ilə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. 

23 yaşlı hücumçu ilə 2028-ci ilin yayına qədər yeni sözləşmə imzalanıb. 

Futbolçunun maaşı mövsümdə 7 milyon avro olacaq. O, daha 2 milyonu isə bonus şəklində alacaq.

Qeyd edək ki, Leau bu mövsüm A seriyasında meydana çıxdığı 32 oyunda 12 qol və 7 asistlə yadda qalıb.

Banner