"Milan" onu birdəfəlik transfer etdi

"Milan" komandada icarə əsasında çıxış edən Alessandro Florenzini "Roma"dan birdəfəlik transfer edib. 

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Florenzi 2011-ci ildən "Roma"nın futbolçusu idi. O, icarə əsasında "Krotone", "Valensiya" və PSJ-də oynayıb.

Banner