"Milan" "Rapid"ə qalib gələ bilmədi
"Milan" yoldaşlıq oyununda "Rapid"lə bacarmayıb.
Sportline.az xəbər verir ki, Vyanada keçirilən görüş 1-1 hesablı bərabərliklə yekunlaşıb.
64-cü dəqiqədə Florinsinin vurduğu qola Avstriya təmsilçisi 88-ci dəqiqədə Furkan Demirlə cavab verib.
Bu "Milan"ın mövsüm öncəsi ilk yoldaşlıq oyunu idi. "Rossoneri" hazırlıqlarının qalan hissəsini ABŞ-da davam etdirəcək.