"Milan" üstünlüyü əldən verdi

İtaliya A seriyasında 26-cı tura yekun vurulub.

Sportline.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.

"Milan" öz meydanında "Salernitana" ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

"Milan" - "Salernitana" - 1:1

Qollar: Jiru, 45+1 (1:0), Dia, 61 (1:1)

Bu nəticədən sonra "Milan" 47 xalla 4-cü, "Salernitana" 25 xalla 16-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 68 xalla "Napoli" başçılıq edir.

Banner