"Milan", yoxsa "Mançester Yunayted"?

"Real"ın futbolçusu Alvaro Morata uğrunda mübarizə davam edir. SportLine.az xəbər verir ki, hücumçu seçim qarşısındadır: "Milan", yoxsa "Mançester Yunayted"?

"Mirror"un yaydığı xəbər görə, 24 yaşlı futbolçu karyerasını Premyer Liqada davam etdirməyə yaxındır. A.Morata "qırmızı şeytanlar"ın heyətində çıxış etmək niyyətindədir. Komandanın növbəti mövsüm Çempionlar Liqasında çıxış etməsi də futbolçunun qərarında həlledici rol oynayıb. 

Ancaq, bu, hələ transferin reallaşması demək deyil. Hazırda danışıqları davam etdirən "Mançester Yunayted" madridliləri qiymət barədə razı salmağa çalışır. 

Qeyd edək ki, ötən il "Yuventus"dan "Real"a keçib.