"Milan"da baş məşqçi postuna əsas namizəd Paulo Fonsekadır

Stefano Pioli ilə yolları ayırmaq qərarına gələn "Milan" baş məşqçi axtarışındadır.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, "Milan" rəhbərliyinin əsas hədəfi "Lill"in fransalı çalışdırıcısı Paulo Fonsekadır.

51 yaşlı mütəxəssisin  "Lill"ə müqaviləsi növbəti mövsüm başa çatacaq.

Daha əvvəl Marselo Qallardonun da adı "Milan"la hallanmışdı.

Qeyd edək ki, Fonseka 2022-ci ildən Fransa klubuna rəhbərlik edir. "Lill" onun rəhbərliyi altında bu mövsüm 33 turdan sonra 58 xalla üçüncü pillədə qərarlaşır.