"Milan"da yeni müqavilə

“Milan” klubu, futbolçusu Matteo Qabbiya ilə müqaviləni yeniləyib.

Sportline.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Qabbiya bu mövsüm 7 oyuna çıxıb.