"Milan"da yeni qapıçı

"Milan" heyətə yeni futbolçu qatıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, "rosso-neri" "Atalanta"nın qapıçısı Marko Sportyellonu transfer edib.

31 yaşlı italiyalı futbolçu yeni klubuna azad agent statusunda keçib.

O, "Milan"la 2027-ci ilədək müqavilə bağlayıb. 

Qeyd edək ki, 2012-ci ildən "Atalanta"nın formasını geyinən Marko ötən mövsüm çıxdığı 15 oyundan ikisində qapısını toxunulmaz saxlayıb. 

Banner