"Milan"dan 62 milyon avroluq transfer həmləsi

"Fiorentina"nın italiyalı forvardı Moyze Kin "Milan"ın maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, sözügedən oyunçunun sərbəst qalma məbləği 62 milyon avrodur.

Bu haqda "Calciomercato" nəşri məlumat yayıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 25 matçda 6 qol, 3 asistlə yadda qalıb.