"Milan"dan 80 milyonluq təklif

Növbəti mövsüm Avropa Liqasında mübarizə aparacaq "Milan" heyətini gücləndirməkdə davam edir. SportLine.az"Gazetta dello Sport"a istinadən xəbər verir ki, "rossoneri"nin hədəfində indi də "Torino"nun hücumçusu - Andrea Belotti var.

Bir neçə klubun heyətində görmək istədiyi hücumçu üçün "Milan" 80 milyon avroluq təklifə hazırlaşır. 

Məlumata əsasən, "qırmızı-qaralar" əvvəlcə 20 milyon avro müqabilində futbolçunu 2017/2018-ci il mövsümü icarəyə götürmək, ardınca 80 milyon avro ödəməklə transfer etmək istəyir.

Qeyd edək ki, "Torino" futbolçunu 100 milyon avroya satdığını açıqlayıb.