"Milan"dan daha bir transfer

Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Milan" heyətini daha bir futbolçu ilə gücləndirib. SportLine.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "rossoneri" "Bavariya"dan Renato Sançezi heyətinə qatıb. 

20 yaşlı yarımmüdafiəçi ilə 4 illik razılığa gəlinib. Transfer "Milan"ı 40 milyon avro xərcə salıb.

Qeyd edək ki, R.Sançez ötən mövsüm "Benfika"dan "Bavariya"ya keçib. O, 2016-cı ildə keçirilən Avropa çempionatında ən yaxşı gənc futbolçu seçilib.