"Milan"ın baş məşqçi postuna namizəd açıqlandı

İtaliyanın "Milan" klubu baş məşqçisi Stefano Pioli ilə yollarını ayıra bilər.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klubun sahibi Cerri Kardinal təkcə nəticələrdən deyil, həm də 58 yaşlı mütəxəssisin iş prinsipindən narazıdır.

Kardinalın artıq Piolini əvəzləyəcək əsas namizədlə bağlı qərar verdiyi də iddia olunur.

Klub rəhbəri bu posta Antonio Konteni gətirmək niyyətindədir.

Banner