"Milan"ın futbolçusu "Lids"də
"Milan"ın forvardı Noa Okafor karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, 25 yaşlı hücumçu "Lids"in şərəfini qoruyacaq.
Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.
İsveçrəli futbolçu ilə 2029-cu ilin yayınadək müqavilə bağlanılıb.
Transfermarkt portalında onun transfer dəyəri 19 milyon avro kimi göstərilir.
Qeyd edək ki, ötən mövsüm 21 oyun keçirən Okafor, 1 qol və iki asist müəllifidir.