"Milan"ın Neapol zəfəri

İtaliya çempionatının 28-ci turunda “Napoli”nin qonağı olan “Milan 1-0 hesabı ilə qalib gəlib.

Sportline.az xəbər verir ki, yeganə qolu 49-cu dəqiqədə Olivye Jiru vurub.

Bu qələbə ilə “Milan” 60 xalla turnir cədvəlində liderliyini qoruyub. “Napoli” 57 xalla 3-cüdür.