"Milan"ın qapıçısı La Liqada

"Milan"ın qapıçısı Diyeqo Lopez karyerasını La Liqada davam etdirəcək. SportLine.az xəbər verir ki, "Espanyol" 35 yaşlı qolkiperlə razılığa gəlib.

Müqaviləyə əsasən, D.Lopez 2020-ci ilə qədər Kataloniya klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, qapıçı ötən mövsüm icarə əsasında "Espanyol"da oynayıb.