"Milan"ın yeni transfer hədəfi

"Milan" "AZ Alkmaar"ın yarımmüdafiəçisi Teyyani Reynderslə maraqlanır.

Sportline.az tanınmış jurnalist Canluka Di Marsioya istinadla xəbər verir ki, komandanın baş məşqçisi onun transferi ilə bağlı razılıq verib.

Milanlılar yaxın günlərdə futboçu üçün rəsmi təklif ünvanlayacaqlar.

Hollandiya klubunun Teyyani Reynderslə 18 milyon avro müqabilində vidalaşmağa hazır olduğu bildirilir. 

Son mövsüm 34 oyuna çıxan hollandiyalı yarımmüdafiəçi 3 qol və 7 asist müəllifidir.