"Milan"la Jirunun münasibətlərinə aydınlıq gətirildi
Fransa millisinin hücumçusu Olivye Jiru karyerasının İtaliyada davam etdirəcək.
Sportline.az Sky İtalia saytına istinadla xəbər verir ki, “Milan” Olivye Jiru ilə yeni müqavilə imzalamağa yaxındır.
Jiru klubda ilinə bonuslarla birgə 3.8 milyon avro qazanacaq.
Qeyd edək ki, 36 yaşlı futbolçu bu mövsüm Seria A da çıxdığı 24 oyunda 8 qol 4 asist ilə yadda qalıb.