Millətlər Liqası: Azərbaycan yığması ilk xalını qazanıb

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk xalını qazanıb.

Sportline.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı C Liqasının I qrupunun oyununda Estoniya millisi ilə matçda qolsuz heç-heçə edib.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.