Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

"Sumqayıt"ın futbolçusu Todor Todoroski Şimali Makedoniya yığmasının heyətində evdə Bolqarıstana qarşı keçirilən UEFA Millətlər Liqasının C Divizionun VI tur oyununda meydandan qovulub.

Sportline.az xəbər verir ki, 32 yaşlı müdafiəçi görüşün 14-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

Qeyd edək ki, Todor Todoroski cari mövsümün əvvəlindən "Sumqayıt"da çıxış edir.