Millətlər Liqasında “Dördlər finalı”nın püşkatma tarixi bəlli oldu

UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb.

Sportline.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, tədbir 2023-cü il yanvarın 25-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkdə A Liqasında öz qruplarını ilk pillədə bitirən Xorvatiya, İtaliya, Niderland və İspaniya yığmaları iştirak edəcək.

Xatırladaq ki, "Dördlər finalı" gələn il 14-18 iyunda Niderlandın Rotterdam və Ensxede şəhərlərində təşkil olunacaq. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü baş tutacaq.