Milli komandada yeni baş məşqçi
Futbol üzrə Qazaxıstan milli komandasında baş məşqçi dəyişikliyi olub.
Sportline.az Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi postunda Talqat Baysufinovu Andrey Karpoviç əvəzləyib. Baysufinovla müqaviləyə vaxtından əvvəl xitam verilib.
Karpoviç isə qarşıdakı iki matçda bu vəzifəni yerinə yetirəcək.
O, millini Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off görüşlərinə hazırlayacaq.
Oyunlar martın 24-ü və 29-da keçiriləcək.
Cütün qalibi Azərbaycan, Belarus və Slovakiyaya C Liqasının 2-ci qrupunda rəqib olacaq.