Milli komandaların oyunu təxirə salındı

Rusiya və Tailand millilərinin yoldaşlıq oyunu təxirə salınıb.

Sportline.az xəbər verir ki, bu haqda Rusiya Futbol İttifaqı məlumat yayıb.

Qarşılaşma əlverişsiz hava şəraiti, daha dəqiq desək tayfun səbəbindən baş tutmayıb.

Qeyd edək ki, Rusiya və Tailand seçmələri bu gün Vyetnamın Xanoy şəhərində üz-üzə gəlməli idi.

Yerli metereoloqların fikrincə, bu tayfun son 10 ilin ən güclüsü hesab olunur.