Milli komandamızdan imtina edir

Türkiyənin "Bursaspor” klubunun üzvü Deniz Yılmaz milli komandamızdan imtina etmək qərarına gəlib. 

Sportlin.az xəbər verir ki, buna səbəb Yılmazın Türkiyədə legioner sayıldığı üçün klub tapmaqda çətinlik çəkməsidir. Yığmanın son oyunlarına dəvət almayan Yılmaz artıq bütün fikrini klub karyerasına yönəltmək fikrindədir.

Qeyd edək ki, 29 yaşlı forvard Azərbaycan millisində keçirdiyi 2 oyunda qol vura bilməyib.