Milli Olimpiya Komitəsinin yubileyi qeyd olunacaq
Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında sərəncam imzalayıb.
SportLine.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinə Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək, habelə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.