Milli Polşaya uduzdu

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda səfərdə Polşa ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bu nəticədən sonra Polşa D qrupunda 11 xalla birinci pillədə qərarlaşıb.

Beşinci sıradakı Azərbaycan millisinin isə xalı yoxdur.