Milli seçmə mərhələni xalsız bitirdi

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün sonuncu oyununu keçirib.

Sportline.az xəbər verir ki, görüş Xorvatiyanın Pula şəhərindəki “Aldo Drosina” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı olub.

Oyun 1:0 hesabı ilə xorvatların xeyrinə başa çatıb.

Beləliklə, hər 3 oyunda uduzan milli seçmə mərhələni xalsız başa vurub.

Banner