Millimiz Andorra ilə qarşılaşacaq

Azərbaycan millisinin yoxlama oyunlarında daha bir rəqibi müəyyənləşib.

SportLine.az xəbər verir ki, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində seçməmizin 3-cü rəqibi Andorra olacaq. Robert Prosineçkinin yetirmələri mayın 26-da Andorra yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, komandamız hazırlıq prosesi çərçivəsində mayın 29-da Makedoniya, iyunun 3-də isə Kanada yığması ilə yoldaşlıq oyununda da qüvvəsini sınayacaq.