Millimiz Avropa çempionatında mübarizəyə başlayır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsin 2-ci raundunda mübarizəyə başlayır. 

Sportline.az xəbər verir ki, qadın millimiz bu gün Albaniyada, Bakı vaxtı ilə saat 17:30-da başlanacaq oyunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyunu Litvadan olan hakim idarə edəcək.

Baş hakim: Jurgita Macikunyte
Baş hakimin köməkçiləri: Ugne Smitait (Litva), Aniek Zvaan (Niderland)
Dördüncü hakim: Lizzy Van Der Helm (Niderland)