Millimiz Avstriyaya yollandı

Taekvondoçularımız Avstriyanın İnsbruk şəhərinə yollanıblar.

Sportline.az xəbər verir ki, təmsilçilərimiz taekvondo üzrə açıq Avstriya çempionatında iştirak edəcək. Aprelin 1-də  start götürəcək yarış 2 gün davam edəcək.

Ölkəmiz G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 taekvondoçu ilə təmsil olunacaq. Yığma üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, komanda aprelin 3-də Bakıya qayıdacaq.