Millimiz daha 5 pillə gerilədi
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə 5 pillə geriləyən Azərbaycan seçməsi 138-ci yerdə qərarlaşıb. Komandamızın aktivində 252 xal var.
Siyahıya Argentina başçılıq edir:
1. Argentina - 1503
2. Belçika - 1384
3. Kolumbiya - 1328
4. Almaniya - 1310
5. Çili - 1293
6. İspaniya - 1267
7. Braziliya - 1257
8. Portuqaliya - 1181
9. Uruqvay - 1150
10. Avstriya - 1077
Dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer alan komandaların reytinqi belədir:
4. Almaniya - 1310
25. Şimali İrlandiya - 825
30. Çexiya - 815
51. Norveç - 593
138. Azərbaycan - 252
200. San-Marino - 20
Qeyd edək ki, aktivində 919 xalı olan Türkiyə 18-ci, 828 xalla Rusiya seçməsi isə 29-cudur.