Millimiz Ermənistan seçməsinə qalib gəldi

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ilk matçına çıxıb.

Sportline.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu komanda Ermənistan seçməsi ilə üz-üzə gəlib.

Cəbəllütariqdə keçirilən qarşılaşma millimizin qələbəsi ilə bitib - 86:59.

U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.