Millimiz Estoniyaya məğlub oldu

UEFA Millətlər Liqasının 3-cü turunun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisi səfərdə Estoniya ilə qarşılaşıb. Millimiz rəqibinə 1:3 hesabı ilə uduzub.

Qolları Estoniya millisindən İoan Yakovlev 32, Vlasiy Sinyavski 45+2, Rokko Robert Şeyn vurub.

Millimizin yeganə qoluna isə, 45+1-ci dəqiqədə Toral Bayramov imza atıb.

Qeyd edək ki, Azərbaycan millisinin aktivində xal yoxdur.

Estoniya isə 3 xalla 3-cü pillədə qərarlaşıb.