Millimiz inamlı qələbə qazandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan millimiz “Səbail”in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Komandamız 4:1 hesablı qələbəyə sevinib. Camal Cəfərovun dubl etdiyi oyunda U-19-un digər qollarını Gülağa Əsədov və Kamal Kazımov vurub.