Millimiz "Kəpəz"lə bacarmadı

Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Gəncədə “Kəpəz”lə keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Sadiq Şəfiyev fərqlənib.

Qeyd edək ki, U-17 bundan əvvəlki yoxlama oyunlarında "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib, "Qəbələ"nin U-19 komandasına isə 2:3 hesabı ilə uduzub.