Millimiz Mərkəzi Asiyanın Açıq Çempionatında dördüncü olub

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında dördüncü yeri tutub.

Sportline.az xəbər verir ki, milli üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstanın "Astana" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 31:28.

Qeyd edək ki, milli yarımfinalda "Özbəkistan TJ" komandasına uduzub.