Millimiz Qazaxıstanı böyük hesabla məğlub etdi

Bu gün milli komandamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

Sportline.az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Canni De Byazinin komandası 6-cı turda Qazaxıstanı qəbul edib və 3 cavabsız qolla qalib gəlib.

Qazaxlar artıq ötən turdan qrup liderliyini təmin edibsə, ardıcıl üç oyundur qalib gələn millimiz qrupu ikinci pillədə bitirib.

Qeyd edək ki, qrupun digər oyununda Slovakiya Belarusu qəbul edəcək.

25 sentyabr

Millətlər Liqası, 6-cı tur
C liqası, 3-cü qrup

20:00. Azərbaycan – Qazaxıstan - 3:0

Qol: Aleksandr Maroçkin, 67-avtoqol, Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1

Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)
Baş hakim: Harm Osmers
Bakı. “Dalğa Arena”

20:00.Slovakiya - Belarus - 1:1

Qollar: Bakhar, 45 (0:1), Zrelak, 65 (1:1)