Millimiz Xorvatiyaya yollanacaq

Azərbaycan güləşçilərinin 2023-cü ildə qatılacağı ilk beynəlxalq yarış məlum olub.

Sportline.az xəbər verir ki, ölkəmizin pəhləvanları 1-5 fevralda Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək reytinq turnirində qüvvəsini sınayacaq. 

Milli komandalarımız yarışda geniş heyətlə təmsil olunacaq. Bəzi çəki dərəcələrində titullu güləşçilərlə yanaşı, "2-ci nömrə"lər də turnirə qatılacaq. 

Qeyd edək ki, Zaqreb bu il Avropa çempionatına da ev sahibliyi edəcək. Yarış 17-23 apreldə keçiriləcək.