Millimiz yenə ərəblərə qalib gəldi
Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Sportline.az xəbər verir ki, Siyasət Əsgərovun komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə üz-üzə gəlib.
“Dalğa Arena”dakı qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin qollarını Sevinc Cəfərzadə və Manə Mollayevə vurub.
Qeyd edək ki, Azərbaycan yığması fevralın 20-də eyni rəqibi 4:0 hesabı ilə üstələyib.