Millimizdə yeni baş məşqçi iddiası
Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Seçməmizi Canni de Byazi çalışdıracaq.
Sportline.az futbolpress.az-a istinadən verir ki, artıq italiyalı mütəxəssislə razılıq əldə edilib. AFFA bütün digər namizədlərlə danışıqları dayandırıb. Yaxın zamanda tərəflər münasibətləri rəsmiləşdirməli və yeni çalışdırıcı ictimaiyyətə təqdim edilməlidir.
Açıqlamanın indi verilməsinin dəqiq səbəbini öyrənə bilməsək də, bunun martın 3-də keçiriləcək Millətlər Liqasının püşkatmasından sonra olacağı ehtimal edilir.
Son olaraq 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdıran 63 yaşlı mütəxəssis həmin zamandan işsizdir. O, daha çox Albaniya millisindəki nəticələri ilə tanınır. 63 yaşlı mütəxəssis sözügedən yığmanı AÇ-2016-nın final mərhələsinə yüksəltməyi bacarmışdı.