Millimizin Açıq Avropa turnirində iştirakı ləğv olunub
Cüdo üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Açıq Avropa turnirində iştirakı ləğv olunub.
Azərbaycan Cüdo Federasiyasından Sportline.az saytına verilən məlumata görə, buna səbəb Türkiyədə əlverişsiz hava şəraiti nəticəsində İstanbul hava limanında uçuşların təxirə salınmasıdır.
İdmançılar yarışın çəki vaxtına Sofiyaya çata bilməyəcəklərindən, turnirdə iştirakları ləğv olunub. Onlardan fərqli olaraq, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Fariz Hüseynov yarışda ədalət təmsilçiləri sırasında yer alacaqlar.
Qeyd edək ki, Açıq Avropa turniri fevralın 11-12-də keçiriləcək.