Millimizin Avropa çempionatında rəqibləri müəyyənləşdi

Futzal üzrə 2022-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, mərasimdə millimizin 3-cü qrupda mübarizə aparacağı dəqiqləşib.

Komandamızın rəqibləri Slovakiya, Moldova və Türkiyə-Yunanıstan cütünün qalibi olacaq. Bu mərhələnin yekununda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəricisi olan ikinci yerin iki sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Bu görüş 2021-ci il noyabrın 14-də və 17-də keçiriləcək.

AVRO-2022-nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.